Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda ətin qiyməti nə qədər ucuzlaşacaq? - <font color=red><b>AÇIQLAMA</b></font>

11:27 - 23 İyun 2022 tarixində dərc olunub.

Baş nazir Kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması qaydasına dəyişiklik etdi. Dəyişikliyə əsasən, heyvan sahiblərinin identikləşdirilmə üçün bir heyvana görə tələb olunan xərclərinin azaldılması təmin edilib. Yalnız şəhadətnamə veriləcək və baytarlıq pasportunun alınması tələb olunmayacaq. 

Ucnoqta.az xəbər verir ki, ekspertlər hesab edirlər ki, bu yeniliklər heyvan ətinin maya dəyərinin azalmasına səbəb olacaq. İqtisadçı-ekspert Xalid Kərimli İTV-yə bildirib ki, xərclərin aşağı düşməsi qiymətlərə eyni qədər təsir göstərəcək: "Çünki fermerlər ciddi surətdə xərc artımı ilə üzləşmişdi. İndiki qərar müəyyən qədər qiymətlərin aşağı düşməsinə səbəb olacaq".

Ətraflı süjetdə izləyə bilərsiniz:

Müəllif: