Ucnoqta.az
www.ucnoqta.az

Bakıda ödəmə terminalından oğurlu edilib - <font color=red><b>Foto</b></font>

11:15 - 23 İyun 2022 tarixində dərc olunub.

Bakıda ödəmə terminalından pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qala qəsəbəsində yerləşən marketlərin birində quraşdırılan “E-Manat” ödəmə terminalından 1 000 manat pul, digər mağazadan isə 211 manat pul, 1 289 manat dəyərində tütün məmulatı, alışqan və ətir oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri İ.Mirzəyev və əvvəllər məhkum olunmuş F.Sədullayev müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

Müəllif: