Ucnoqta.az
www.ucnoqta.az

Səfər Mehdiyev Prezident Administrasiyasına <font color=red><b>ÇAĞIRILDI</b></font>

17:34 - 22 İyun 2022 tarixində dərc olunub.

Dövlət Gömrük Komitəsinin bir sıra vəzifəli şəxslərinin həbsindən sonra bu qurumun rəhbəri Səfər Mehdiyev bu gün Prezident Administrasiyasına çağırılıb.

Gununsesi.info-nun verdiyi xəbərə görə, Səfər Mehdiyev PA rəhbərliyi tərəfindən qəbul edilib.

Məlumata görə, Səfər Mehdiyevin Administrasiyada qəbulu 2 saatdan artıq çəkib.

Qeyd edək ki, Gömrük Komitəsi büdcə öhdəliklərini yerinə yetirən qurum olsa da, ancaq fəaliyyətində ciddi ictimai narazılıqlar çoxluq təşkil edir.

Ötən 2 il ərzində gömrük orqanlarında bir neçə anti-korrupsiya əməliyyatları keçirilib.

Müəllif: