Ucnoqta.az
www.ucnoqta.az

Həbsxanada 22 yaşlı məhbus öldü -<font color=red><b> bir neçə ay əvvəl həbs olunmuşdu</b></font>

13:10 - 22 İyun 2022 tarixində dərc olunub.

Bakıdakı cəzaçəkmə müəssisələrinin birində ölüm hadisəsi baş verib.

Penitensiar Xidmətin Nərimanov rayonu ərazisində yerləşən 10 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan məhbus, 2000-ci il təvəllüdlü İmran Nəriman oğlu Nağıyev qəfil vəfat edib.

İlkin müayinələrdən sonra 22 yaşlı məhkumun infarktdan öldüyü müəyyən edilib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, İ.Nağıyev bir neçə ay əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham olunaraq 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.///qafqazinfo

Müəllif: