Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
NİİM-dən Ucnoqta.az-a verilən məlumata görə, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:
1. Heydər Əliyev prospekti - əsas və kənar yol Bakı Olimpiya Stadionunun yanından 5 saylı ASAN Xidmətin qarşısına qədər olan hissədə sıxlıq;
2. Bakı-Sumqayıt şossesi - Bakı Beynəlxalq Avtovağzalının qarşısından 20 Yanvar dairəsi istiqaməti sıxlıq;
3. 20 Yanvar dairəsində sıxlıq;
4. Koroğlu Rəhimov küçəsi - Gülarə Qədirbəyova küçəsi ilə kəsişmədən ak.Həsən Əliyev küçəsi ilə kəsişməyədək və F.Xoyski prospekti ilə kəsişmədən Təbriz küçəsi ilə kəsişməyədək olan hissədə sıxlıq müşahidə olunur.