Ucnoqta.az
www.ucnoqta.az

Daha bir qurumda əməliyyat: <font color=red><b>Vəzifəli şəxs saxlanıldı - FOTO</b></font>

15:33 - 21 İyun 2022 tarixində dərc olunub.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyat keçirib.

Ucnoqta.az xəbər verir ki, qanun pozuntuları ilə bağlı daxil olmuş məlumat əsasında keçirilən əməliyyat Avtomobil Yollarının Mühafizə Xidməti MMC-də baş tutub.

Əməliyyat çərçivəsində Avtomobil Yollarının Mühafizə Xidməti MMC-nin Nəzarət şöbəsinin rəisi Fikrət İsrafil oğlu Hüseynov saxlanılıb.

Hazırda Avtomobil Yollarının Mühafizə Xidməti MMC-nin rəhbər şəxsləri ilə bağlı araşdırmalar aparılır və bir sıra sahələr üzrə fəaliyyətlərinə qadağa qoyulub.

///Qaynarinfo.az

Müəllif: