Ucnoqta.az
www.ucnoqta.az

Bakıda avtomobil 5 yaşlı uşağı vurub

00:23 - 20 İyun 2022 tarixində dərc olunub.
Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. Avtomobil 2017-ci il təvəllüdlü Əsgərov Hacıəli Həsən oğlunu yaşadığı evin qarşısında vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ bud sümüyünün sınığı diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.
Müəllif: