Ucnoqta.az
www.ucnoqta.az

Salyanda iki "VAZ" toqquşdu: <font color=red><b>Yaralılar var</b></font>

22:29 - 19 İyun 2022 tarixində dərc olunub.

Salyanda baş verən yol qəzası nəticəsində iki nəfər xəsarət alıb.

“Report”un məlumatına görə, hadisə Aşağı Kürkənd kəndində, Kür çayı üzərindəki körpüdə qeydə alınıb.

Belə ki, “VAZ-2106” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Qəza nəticəsində rayonun Cəngan kənd sakini, 1986-cı il təvəllüdlü Məmmədov Vüqar Qardaş oğlu və daha bir nəfər (şəxsiyyəti dəqiqləşdirilir – red.) müxtəlif dərəcəli xəsarətlər alıb.

V.Məmmədov Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, digər yaralının xəsarəti yüngül olduğundan ilk tibbi yardımdan imtina edib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: