Ucnoqta.az
www.ucnoqta.az

Hərbi xidmətə gedəcəkdi, avtomobil vurub öldürdü - <font color=red><b>Foto</b></font>

23:23 - 16 İyun 2022 tarixində dərc olunub.

Ucarda avtomobil velosipedçini vuraraq öldürüb.

Hadisə bu gün axşam saatlarında Ucar rayonunun Məlikballı kəndi yolunda baş verib.

Rayon sakini, 64 yaşlı Çingiz Həmzə oğlu Niftəliyev idarə etdiyi “VAZ-2106” markalı minik maşını ilə velosipedlə hərəkətdə olan rayonun Məlikballı kənd sakini, 2004-cü il təvəllüdlü Nuru Qüdrət oğlu Əhmədovu vurub.

Ağır xəsarət alan N. Əhmədov hadisə yerində ölüb.

Məlumata görə, ölən velosipedçi 18 yaşını tamam edib həqiqi hərbi xidmətə gedəcəkmiş.

Faktla bağlı araşdırma aparılır.///apa

Müəllif: