Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıt-Xırdalan-Bakı qatarının ləngiməsi ilə bağlı <font color=red><b>AÇIQLAMA</b></font>

20:17 - 16 İyun 2022 tarixində dərc olunub.

Bu gün səhər saat 10:00 radələrində Keşlə stansiyasının girişində kontakt şəbəkədə elektrik enerjisinin olmaması səbəbindən Sumqayıt-Xırdalan-Bakı istiqamətində  hərəkət edən elektrik qatarının hərəkətində ləngimə qeydə alınıb.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Bildirilib ki, kontakt şəbəkəsini qidalandıran fider xəttində yaranmış nasazlığın aradan qaldırılması üçün dərhal tədbirlərə başlanılıb.

Qeyd edək ki, Binəqədi  rayonu, Biləcəri qəsəbəsindəki  6 saylı Dartı Yarımstansiyasından çıxan  yüksəkgərginlikli hava elektrik xətlərinin altında və mühafizə zonasında qanunsuz tikilən yaşayış və qeyri-yaşayış obyektlərinin yerləşməsi ağır texnikanın qəza baş verən əraziyə daxil olmasına  çətinliklər yaradıb.

Saat 10:37-də qatarların hərəkətini bərpa etmək mümkün olub. Hazırda qatarlar cədvələ uyğun hərəkət edir. Hadisə aidiyyatı üzrə araşdırılır.

 

Müəllif: