Ucnoqta.az
www.ucnoqta.az

Qəbələdə avtomobil ağaca çarpılıb, ata ölüb, oğlu xəsarət alıb

10:48 - 16 İyun 2022 tarixində dərc olunub.

Qəbələdə avtomobil ağaca çarpılıb, ata ölüb, oğlu xəsarət alıb.

"Report"un məlumatına görə, hadisə bu gün səhər saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Nic qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Oğuz rayonunun Kərimli kənd sakini, 1994-cü il təvəllüdlü Pərvin Əlövsət oğlu Əsgərovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq ağaca çarpılıb. Nəticədə avtomobildə olan sərnişin - sürücünün atası 1963-cü il təvəllüdlü Bəylər Əlövsət oğlu Əskərov hadisə yerində ölüb. Qəza zamanı 28 yaşlı P. Əskərov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qəbələ Rayon Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: