Ucnoqta.az
www.ucnoqta.az

Bakı sakinini Xaçmazda döyüb sonra da ağaca bağlayıb yandırdılar

07:44 - 16 İyun 2022 tarixində dərc olunub.

Xaçmaz rayonunda döyülmə hadisəsi olub.

Hadisə rayonun Susay kəndində qeydə alınıb. Belə ki, Bakıdan Xaçmaza quşçuluq fermasına işləməyə gələn 1968-ci il təvəllüdlü Zaur İslam oğlu Abdullayev tanıdığı şəxslər tərəfindən döyülüb, sonra ağaca bağlanılaraq yandırılıb.

Müxtəlif dərəcəli yanıq xəsarətləri alan yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.///report

Müəllif: