Ucnoqta.az
www.ucnoqta.az

Türkiyədə təhsil alan Azərbaycan hərbçilərinin sayı artırılıb - <font color=red><b>RƏSMİ</b></font>

15:42 - 15 İyun 2022 tarixində dərc olunub.
"Türkiyə Silahlı Qüvvələrinin təhsil müəssisələrində təhsil alan Azərbaycan Ordusunun şəxsi heyətinin sayı artırılıb". "Report"un xəbərinə görə, bunu müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev "Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda Şuşada keçirilən konfransda deyib. O bildirib ki, hazırda 200-dən çox zabit, gizir və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu Türkiyə Silahlı Qüvvələrinin müxtəlif təhsil müəssisələrində, təlim mərkəzlərində təhsil alır, təkmilləşdirmə kursları keçirlər.
Müəllif: