İlham Əliyev Minifutbol Federasiyasına 1 milyon manat ayırdı -<font color=red><b> SƏRƏNCAM</b></font>
20:01 - 14 İyun 2022 tarixində dərc olunub.
Prezident İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam imzalayıb.
"Report" xəbər verir ki, sərəncamla Azərbaycan milli yığma komandasının 2022-ci il minifutbol üzrə Avropa çempionu olması ilə əlaqədar Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb.