Ucnoqta.az
www.ucnoqta.az

Kəlbəcərdə əsgərimiz vəfat etdi

09:19 - 14 İyun 2022 tarixində dərc olunub.

Kəlbəcərdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində bədbəxt hadisə baş verib.

Ucnoqta.az xəbər verir ki,“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə ötən gün saat 16:30-da Çopurlu kəndi yaxınlığında baş verib. Belə ki, hərbi hissənin ərazisində 2003-cü il təvəllüdlü əsgər Əliyarov Riyad Məmməd oğlu yüksək gərginlikli cərəyan vurması nəticəsində vəfat edib.

Faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırmalara başlanılıb.

 

Müəllif: