Ucnoqta.az
www.ucnoqta.az

Avtobusda sərnişinin çantasından 3200 manat oğurlanıb

12:23 - 13 İyun 2022 tarixində dərc olunub.

Abşeron Rayon Polis İdarəsinə Xırdalan şəhəri ərazisində marşrut avtobusunda şəhər sakini S.Cəbiyevanın çantasından 3200 manat pulunun oğurlanması barədə müraciət daxil olub.

DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin də aşkar edilərək götürülüb. Araşdırma aparılır.

Müəllif: