Ucnoqta.az
www.ucnoqta.az

Bakıda bu avtobusda ödəniş “BakıKart”la olacaq

11:49 - 13 İyun 2022 tarixində dərc olunub.

14 iyun tarixindən "Bus Trans" MMC-nin müvəqqəti istismarında olan 206 nömrəli müntəzəm marşrut xətti (Lökbatan qəs. - "Elmlər Akademiyası" m/s) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bakı Nəqliyyat Agentliyindən Ucnoqta.az-a verilən məlumata görə, iş prosesinə uyğun olaraq, digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək.

Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

Müəllif: