Ucnoqta.az
www.ucnoqta.az

Şarl Lekler Bakıdakı yarışın tarixinə düşüb

20:11 - 11 İyun 2022 tarixində dərc olunub.
"Ferrari"nin pilotu Şarl Lekler "Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixinə düşüb. "Report"un məlumatına görə, 25 yaşlı sürücü Bakıdakı yarışda iki dəfə sıralama turunda qalib olan yeganə idmançıdır. Lekler 2021-ci ildəki Qran-pridə də sıralama yürüşündə birinci yeri tutub. Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-də başa çatacaq.
Müəllif: