Ucnoqta.az
www.ucnoqta.az

Şəkidə “Mercedes” ağaca çırpıldı - <font color=red><b>ölən var</b></font>

08:08 - 11 İyun 2022 tarixində dərc olunub.
Şəki şəhərinin Aşağı Küngüt kəndində “Mercedes” markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılması nəticəsində 1 nəfər ölüb. Bu barədə Ucnoqta.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1990-cı il təvəllüdlü Ağalarov İbrahim Rəhim oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Müəllif: