Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın olub

23:23 - 10 İyun 2022 tarixində dərc olunub.

Sumqayıtda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Ucnoqta.az-a verilən xəbərə görə nazirliyin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 8-ci mikrorayon, A.Quliyev küçəsi ünvanında çoxmərtəbəli yaşayış binasındakı mənzildə yanğın olması barədə məlumat daxil olub.

Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sumqayıt RM-nin xilasediciləri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Müəllif: