Ucnoqta.az
www.ucnoqta.az

Xəzərdə suyun azalmasının səbəbləri açıqlandı

22:38 - 10 İyun 2022 tarixində dərc olunub.

Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi iqlim dəyişiklikləri ilə bağlıdır.

Ucnoqta.az xəbər verir ki, bunu Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov deyib.

O bildirib ki, 2005-ci ildən Xəzərin suyunun geri çəkilməsini daha çox müşahidə etməyə başlamışıq: "Xəzərə tökülən çaylarda suyun azalması müşahidə olunur. Bunlar qlobal istiləşmənin təsiridir.
Bu, dənizdə yaşayan canlıların qida zəncirinin azalmasına gətirib çıxarır. Proses davam etməkdədir". ///trend.az

Müəllif: