Bədən funksiyalarının 80 faizindən çoxunu itirən uşaqlar 430 manat məbləğində müavinət alacaqlar.
Ucnoqta.az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hazırda uşaqlara I, II, III dərəcəli əlilliyə bölünmə nəzərdə tutulmayıb.
“Hazırda orqanizminin funksiyalarını itirən uşaqlara verilən müavinət 280 manatdır" - Agentlik sədri deyib.