Ucnoqta.az
www.ucnoqta.az

Metroda sərnişin siqaret çəkdi, DİN araşdırmalara başladı -<font color=red><b> VİDEO</b></font>

09:38 - 9 İyun 2022 tarixində dərc olunub.

Bakı metrosunda sərnişinlərdən biri qatarda xoşagəlməz hərəkətlər edib.

Bu barədə Saleh Nəsirov adlı vətəndaş sosial şəbəkədə video paylaşıb.

Videodan da göründüyü kimi bir nəfər qatarda sərnişinlərin yanında siqaret çəkməyə başlayıb. Vaqonda olan xanım sərnişinlər onun bu hərəkətindən narahat olublar. İki nəfər ondan siqareti almağa çalışıb.

O, bu addımı atmaqla təkcə xuliqanlıq etməyib, həm də öz və digər vətəndaşların həyatını təhlükəyə atıb.

Məsələ ilə bağlı araşdırmalara başlanılıb. DİN-dən BAKU.WS-ə verilən məlumata görə, sözügüdən video yayıldıqdan sonra dərhal araşdırmalara başlanılıb. Araşdırmalardan sonra açıqlama veriləcək.

 
 
 
 
Посмотреть эту публикацию в Instagram
 
 
 
 
 
 
 
 
 
 
 

Публикация от BAKU.WS News Agency © (@baku.ws_official)

Müəllif: