Ucnoqta.az
www.ucnoqta.az

ABŞ-dan Rusiyaya ağır zərbə: <font color=red><b>325 milyon dollarlıq yaxta ...</b></font>

12:04 - 8 İyun 2022 tarixində dərc olunub.

ABŞ Ficidə Rusiyaya məxsus super yaxtanı ələ keçirmək üçün məhkəmə prosesini qazanıb. Bundan sonra 325 milyon dollar dəyərində olan gəmini Cənubi Sakit okeanından çıxarmaq qərarına gəlib.

Ucnoqta.az xəbər verir ki, məhkəmə qərarı ABŞ üçün böyük əhəmiyyət kəsb edir. Çünki Birləşmiş Ştatların bütün dünyada rus oliqarxlarının aktivlərini ələ keçirmək cəhdləri maneələrlə qarşılanırdı. Bu dəfə Fici Ali Məhkəməsi ABŞ-ın “Amadeya” super yaxtasını ələ keçirməsinə mane olan həbs qətimkan tədbirini ləğv etməklə onun böyük qazanc əldə etməsinə imkan yaradıb.

Hakim “Amadeya” yaxtasının hər hansı bir  icazə olmadan və Birləşmiş Ştatların təqibindən yayınmaq üçün Fici sularına üzdüyünü" - söyləyib.

ABŞ-ın Rusiyalı oliqarx Süleyman Kərimova məxsus olduğu ehtimal edilən “Amadeya”nı hara aparmağı planlaşdırdığı hələlik bəlli deyil. Fici Dövlət Prokurorluğunun direktoru Kristofer Pride deyib ki, çirkli pulların yuyulması və “Amadeya”nın mülkiyyəti ilə bağlı həll edilməmiş suallar ABŞ-da həll edilməlidir.

Təxminən futbol meydançası uzunluğunda olan gəmidə canlı omar çəni, əllə boyanmış piano, üzgüçülük hovuzu və böyük helikopter meydançası var.

Müəllif: