Ucnoqta.az
www.ucnoqta.az

Müdafiə Nazirliyinin məlumatı:<font color=red><b> İyunun 8-dən 11-dək...</b></font>

21:07 - 7 İyun 2022 tarixində dərc olunub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Bu barədə Ucnoqta.az-a Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, döyüş sursatlarının utilizasiya prosesi iyunun 8-dən 11-dək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

Müəllif: