"Parkinqin yaradılması Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının rəhbərliyinin təklifi olub. Təklif Bakı Nəqliyyat Agentliyinə verilib, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ilə danışılıb".
Ucnoqta.az xəbər verir ki, bunu teleqraf.com-a açıqlamasında Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat katibi Əli Vəliyev deyib.
O bildirib ki, parkinq İttifaqın İdarə heyətinin üzvləri üçün yaradılıb.
"İttifaqın katibləri xalq artistləri, professorlardır. Onlar, yaxud xaricdən qonaqlarımız İttifaqa gələndə dayanacaq yeri olmadığına görə problem yaşanırdı. Ona görə bu təkliflə çıxış etdik və razılıq əldə olunandan sonra qanuni şəkildə parkinq yaradılıb".
O həmçinin qeyd edib ki, orada sadəcə bir qurumuş ağac olub: "Qurumuş ağacın kökü qalmışdı. Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəsmi rəy verib. Ardınca Yaşıllaşdırma İdarəsi gəlib ağacı kəsib götürüblər".