Ucnoqta.az
www.ucnoqta.az

Dənizdə batan 12 yaşlı məktəblinin<font color=red><b> fotosu...</b></font>

09:28 - 6 İyun 2022 tarixində dərc olunub.

Ötən gün Bakı şəhər Xəzər rayonu ərazisində dənizdə batan məktəblinin fotosu yayılıb.

Dənizdə boğularaq ölən 12 yaşlı Mirfərhad Damədov 6-cı sinif şagirdi imiş. 

Qeyd edək ki, dünən FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xəzər rayonunda dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 700 m aralı, nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 2010-cu il təvəllüdlü Damədov Mirfərhad Nəcəfqulu oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.///qafqazinfo

Müəllif: