Ucnoqta.az
www.ucnoqta.az

Qazaxda avtomobil piyadaları vurub

22:42 - 5 İyun 2022 tarixində dərc olunub.

Qazax şəhərində 2 piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Ucnoqta.az xəbər verir ki, hadisə şəhərin mərkəzi ərazisində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən 2004-cü il təvəllüdlü B.Məhərrəmovanı və 1951-ci il təvəllüdlü Ə.Quliyevi avtomobil vurub.

Yaralılar müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

Müəllif: