Ucnoqta.az
www.ucnoqta.az

Cəlilabadda yanğın başlayıb

12:05 - 5 İyun 2022 tarixində dərc olunub.

Cəlilabad rayonunda yanğın başlayıb.

“Report”un məlumatına görə, hadisə rayonun Dələli kəndində qeydə alınıb.

İlkin məlumata görə, yanğın əkin sahələrinin olduğu ərazilərdə baş verib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Cəlilabad və Biləsuvar Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin texnikaları və şəxsi heyətləri cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: