Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan millisinin oyununun yayımı dayandırıldı - <font color=red><b>SƏBƏB</b></font>

19:40 - 3 İyun 2022 tarixində dərc olunub.

Hazırda UEFA Millətlər Liqasında keçirilən Qazaxıstan - Azərbaycan oyununun canlı yayımında texniki problemlər yaşanır.

Yayımçı "CBC Sport" telekanalından "Report"a verilən məlumata görə, bu, qarşı tərəfin siqnalı ötürə bilməməsindən qaynaqlanır.
Məsələyə UEFA-nın monitorinq qrupu da qarışıb. Problemin qısa zamanda aradan qaldırılması üçün iş gedir.

"Texniki problemə görə izləyicilərdən üzr istəyirik" deyə telekanaldan bildirilib.
Qeyd edək ki, Nur-Sultandakı "Astana Arena"da keçirilən görüşdə hazırda meydan sahibləri öndədir - 2:0.

Müəllif: