Azərbaycanda Duyğu adlı uşaq 45 gündür yemək yemir.
Ucnoqta.az xəbər verir ki, bu barədə uşağın nənəsi Xoşqədəm Hidayətqızının aparıcısı olduğu “Səni axtarıram” verilişində məlumat verib.
O, bildirib ki, uşaq yalnız su və süd içir. Nənənin sözlərinə görə, azyaşlının boğazında yemək qalandan sonra belə olub. 45 gün ərzində Duyğunun çəkisi 3 kq azalıb. Onun necə yaşaması möcüzə adlandırılıb.