Ucnoqta.az
www.ucnoqta.az

Sabahın havası açıqlanıb- <font color=red><b>37° isti olacaq</b></font>

12:32 - 2 İyun 2022 tarixində dərc olunub.

İyunun 3-də gözlənilən hava məlumatı açıqlanıb

Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraiti yağmursuz keçəcək. Şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 19-23° isti, gündüz 29-34° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-55%, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında sabah əksər rayonlarda hava əsasən yağmursuz olacaq. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 32-37° isti, dağlarda gecə 8-13° isti, gündüz 20-25° isti olacaq.

Müəllif: