BMT Türkiyə Xarici İşlər Nazirliyinin müraciətini təmin edib
Ucnoqta.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı rəsmi sənədlərdə Türkiyənin adının Turkeydən Türkiye adlandırılmasına razılıq verib.
Türkiyə hökuməti Ankaranın “ölkənin beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi” proqramı çərçivəsində adının dəyişdirilməsini istəmişdi.
Xatırladaq ki, ingilis dilindən tərcümədə "turkey" sözü " hind quşu" deməkdir.
Bəs, bu ad necə yaranıb və Türkiyə adın dəyişdirilməsində niyə maraqlıdır?
Hind quşu və ya Hinduşka (lat. Meleagris) — qırqovullar fəsiləsinə aid quş cinsidir və 2 növü var. Hind toyuğu Azərbaycana 1730-cu ildə İspaniyadan gətirilmişdir. Bu quşa İrandakı azərbaycanlılar və həmçinin qaşqaylar "Həştərxan quşu" da deyirlər. Ehtimal olunur ki, bu quş Güney Azərbaycana ilk dəfə Xəzər dənizinin quzeyində olan Həştərxan şəhərindən gəldiyinə görə bu adla tanınmışdır. Bu quşa ingilis dilində "Turkey" deyilir. Ehtimal ki, bu quş ilk dəfə Türkiyədən qərb ölkələrinə getdiyinə görə bu adla tanınmışdır, yəni “Türk quşu”. Bu səbəbdən də Türkiyə rəsmi sənədlərdə adın dəyişdirilməsini xahiş edib.