Ucnoqta.az
www.ucnoqta.az

Bakı metrosunda sıxlıq -<font color=red><b> Sərnişinlərin ödənişi qəbul edilmədi</b></font>

09:19 - 2 İyun 2022 tarixində dərc olunub.

“İnşaatçılar” metro stansiyasında sərnişinlərlə metropoliten işçiləri arasında mübahisə yaranıb. 

Səhər saatlarında metronun “İnşaatçılar” stansiyasında quraşdırılan ödəniş terminallarında yaranan nasazlıq sərnişinlərin narazılığına səbəb olub. Terminal sərnişinlərin pul əsginaslarını qəbul etsə də, ödəniş “BakıKart”ın balansına keçməyib. 

Sərnişinlər metropoliten işçilərinə narazılıqlarını bildirərək ödənişin bərpa olunmasını tələb ediblər. Yaranan nasazlıq isə sərnişinlərin sıxlığına səbəb olub. ///oxu.az

Müəllif: