Ucnoqta.az
www.ucnoqta.az

Argentina İtaliyanı məğlub edib kuboku qazandı

01:20 - 2 İyun 2022 tarixində dərc olunub.
Avropa çempionu İtaliya və Amerika Kubokunun son qalibi Argentina milli komandaları arasında oyun keçirilib. "Finalissima" adı verilən görüş İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda təşkil olunub. Qarşılaşma Cənubi Amerika təmsilçisinin 3:0 hesablı qələbəsi ilə bitib. Komandanın ilk qolunu 28-ci dəqiqədə Lautaro Martines vurub. 45+1-ci dəqiqədə Anxel Di Mariya fərqi iki topa çatdırıb. 90+4-cü dəqiqədə isə Paulo Dibala görüşdə son nöqtəni qoyub. Beləliklə, Argentina "Finalissima"nın kubokunu başı üzərinə qaldırıb.///report
Müəllif: