Ucnoqta.az
www.ucnoqta.az

PSJ yeni transferini açıqlayıb

14:23 - 31 May 2022 tarixində dərc olunub.

Fransanın PSJ klubu yeni transferini açıqlayıb.

"Report" Paris təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, ölkə çempionu Portuqaliya "Sportinq"indən Nunu Mendeşi heyətinə qatıb.

20 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Nunu Mendeş bunadək icarə əsasında PSJ-də çıxış edib. O, Portuqaliya millisinin də üzvüdür.

Müəllif: