İyunun 1-dən “Xaliq Faiqoğlu” şirkətinin istismarında olan marşrut xətləri üzrə avtobuslarda havasərinlətmə sistemləri qoşulacaq.
Aprel-may ayarında kondisioner sistemlərinin yoxlanılması, texniki müayinələrin aparılması işləri əvvəlcədən tərtib edilmiş proqrama uyğun olaraq artıq başa çatdırılıb.
Hava şəraitinə uyğun olaraq iyunun 1-dən “Xaliq Faiqoğlu” şirkətinə məxsus olan Avro-5 və Avro-6 standartlı müasir avtobuslarda kondisionerlər işlək vəziyyətdə olacaqdır.