Ucnoqta.az
www.ucnoqta.az

YPX avtomobili radara düşdü - <font color=red><b>cəriməsi başqasına gəldi - FOTO</b></font>

10:51 - 31 May 2022 tarixində dərc olunub.

Azərbaycanda Dövlət Yol Patrul Xidmətinin (YPX) avtomobili sürət həddini aşıb. 

Bununla bağlı sosial şəbəkədə məlumat paylaşılıb. 

İmişli rayonun Bəhramtəpə qəsəbəsində sürət həddi 90 km/saat olan yolda 99-YP-978 dövlət nömrə nişanlı yol polisi avtomobili 129 km/saat sürəti ilə radara düşüb. 

Qəribəsi isə odur ki, bununla bağlı cərimə protokolu başqa şəxsə göndərilib. 

Protokolda isə cərimənin 99-MP-978 dövlət nömrə nişanlı avtomobilə yazıldığı qeyd edilib. ///oxu.az

Müəllif: