Ucnoqta.az
www.ucnoqta.az

Binəqədi-Novxanı yolunda “KamAZ”<font color=red><b> aşdı - VİDEO</b></font>

09:53 - 31 May 2022 tarixində dərc olunub.

Binəqədi-Novxanı yolunda ağır yol nəqliyyat hadisəsi baş verib. 

Ucnoqta.az Oxu.Az-a istinadən xəbər verir ki, qəza zamanı mişar daşı ilə yüklü olan 50-BO-630 dövlət nömrə nişanlı “KamAZ” markalı maşın aşıb.

Hadisə nəticəsində yük maşınında olan mişar daşı yola dağılıb və avtomobil yolunun bir hissəsi bağlanıb. 

Qəzadan sonra Binəqədi-Novxanı yolunda və əks istiqamətdə tıxac yaranıb. 

Hadisə zamanı xəsarət alanların olub-olmadığı məlum deyil. 

Qəzanın səbəbləri araşdırılır. 

Müəllif: