Ucnoqta.az
www.ucnoqta.az

57 yaşlı kişi körpüdən yıxıldı - <font color=red><b>Video</b></font>

08:27 - 31 May 2022 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Şəki şəhəri, M.F.Axundov prospektində bir nəfərin çayda batma təhlükəsi barədə məlumat daxil olub.

Bu barədə Ucnoqta.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1965-ci il təvəllüdlü Səlimov Adil Əmirəhməd oğlu hündürlüyü təxminən 3 metr olan körpüdən çay dərəsinə yıxılıb müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, təhlükəli vəziyyətə düşüb.

Yanğınsöndürən-xilasedicilər xüsusi xilasetmə vasitələri ilə vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Müəllif: