Ucnoqta.az
www.ucnoqta.az

Ermənistan ordusundan <font color=red><b>TƏXRİBAT:</b></font> Kəlbəcər atəşə tutuldu

21:51 - 30 May 2022 tarixində dərc olunub.

Mayın 30-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Zoğallı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Müəllif: