Ucnoqta.az
www.ucnoqta.az

Göygöldə avtomobil restoranın həyətinə aşıb,<font color=red><b> xəsarət alanlar var</b></font>

20:24 - 30 May 2022 tarixində dərc olunub.

Göygöl rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb.

Minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı restoranın həyətinə aşıb.

Nəticədə 3 nəfər xəsarət alıb. Onlar xəstəxanaya aparılıblar. Xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.///report

Müəllif: