Ucnoqta.az
www.ucnoqta.az

Polis qəza törətdi - <font color=red><b>Ölən var</b></font>

12:20 - 27 May 2022 tarixində dərc olunub.

Xaçmazda polis əməkdaşı idarə etdiyi avtomobillə piyadanı vurub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə bu gecə saat 01 radələrində Gəndob-Yalama yolunun Xaçmazın Ləcət kəndində baş verib.

Xaçmaz Rayon Polis Şöbəsinin Yalama Polis Bölməsinin manqa komandiri, polis baş serjantı Azər Dadaşovun idarə etdiyi “VAZ 21074” markalı avtomobillə vurduğu 1969-cu il təvəllüdlü Elçin Qədiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, ekspertizalar təyin edilib.

Müəllif: