Ucnoqta.az
www.ucnoqta.az

Qubada torpaq sürüşməsi olub

15:57 - 26 May 2022 tarixində dərc olunub.

Qubada torpaq sürüşməsi olub.

“Report”un məlumatına görə, hadisə rayonun Küsnətqazma kəndində qeydə alınıb.

Torpaq və qaya parçalarının sürüşməsi nəticəsində əsas qaz xətti, rabitə və elektrik kabellərinə zərər dəyib.

Hadisənin fəsadları aidiyyəti qurumlar tərəfindən aradan qaldırılır.

Müəllif: