Ucnoqta.az
www.ucnoqta.az

Nazirlik Şabranda uşaq bağçası ilə bağlı yayılan məlumatları araşdırır -<font color=red><b> FOTO</b></font>

23:52 - 25 May 2022 tarixində dərc olunub.

Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçası ilə bağlı sosial mediada yayılan məlumatlar araşdırılır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov məlumat yayıb.

O bildirib ki, hazırda məsələ araşdırılır:

“Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, sosial şəbəkələrdə 1 saylı körpələr evində uşaqlara verilən qidanın fotosu yayılıb. Fotoda yeməklərin keyfiyyətsizliyi və az olması görünür.

Müəllif: