Ucnoqta.az
www.ucnoqta.az

Sel gəldi, Quba-Xınalıq yolu bağlandı –<font color=red><b> VİDEO</b></font>

21:30 - 25 May 2022 tarixində dərc olunub.

Qubaya yağan leysan yağışlar rayonda bir sıra fəsadlara yol açıb.

Quba-Xınalıq avtomobil yoluna dağdan iri qaya parçaları qoparaq yolun hərəkət hissəsinə düşüb. 

Hadisə yolun əsasən 37 və 38-ci kilometrliyində qeydə alınıb. Yolda hərəkət məhdudlaşıb.

Əsasən Əlik, Haputlu, Xınalıq və Qalaxudat kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Daha ətraflı Baku TV-nin süjetində:

Müəllif: