Ucnoqta.az
www.ucnoqta.az

“Səni axtarıram”da <font color=red><b>GƏRGİNLİK:</b></font> “Oğlun pulu ödəyirsə, camaatdan niyə yığırsan?” -<font color=red><b> VİDEO</b></font>

12:47 - 25 May 2022 tarixində dərc olunub.

Əməkdar artist Elza Seyidcahanla jurnalist Zülfiyyə Qurbanova arasında gərgin anlar yaşanıb.

Ucnoqta.az xəbər verir ki, hadisə ARB TV-də yayımlanan “Səni axtarıram” verilişində baş verib.
Aparıcı Xoşqədəm Hidayətqızı Elzanın oğlunun anasına 1 000 manat göndərdiyini bildirib.

Zülfiyyə Qurbanova isə: “Oğlun deyir ki, maşını satıb, qalan pulu ödəyəcək. Maşını satıb pulu verirsə, burada oturmağına ehtiyac yoxdur, burada niyə camaatdan pul yığırsan?” - deyə əlavə edib.

Bu sözlərdən sonra Elza ilə jurnalist arasında gərginlik yaranıb:
“Mən icazə vermərəm ki, oğlum nə maşınını, nə telefonunu, nə də evini satsın. Şantaja görə heç nəyimi satmaram”, - deyə Elza vurğulayıb.
Daha ətraflı süjetdə:

Müəllif: