Ucnoqta.az
www.ucnoqta.az

Prezidentin yüksək vəzifə verdiyi Fərid Əhmədov kimdir? - <font color=red><b>DOSYE</b></font>

20:46 - 24 May 2022 tarixində dərc olunub.

Prezident İlham Əliyev Fərid Əhmədovun Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

Ucnoqta.az xəbər verir ki, Fərid Əhmədov 1979-cu ildə Bakı şəhərində anadan olub.

O, 2000-ci ildə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsilini, 2002-ci ildə beynəlxalq hüquq üzrə magistr təhsilini fərqlənmə diplomu ilə bitirib.

2003-cü ildə "Chevening" təqaüdçüsü olaraq İngiltərənin Esseks Universitetində beynəlxalq insan hüquqları ixtisası üzrə magistr dərəcəsi (fərqlənmə) alıb.

Fərid Əhmədov 2021-ci ildə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri vəzifəsinə təyin olunmuşdu.

Müəllif: