Ucnoqta.az
www.ucnoqta.az

"“Qızıl top”u Benzema almalıdır"</b></font> - <font color=red><b>Luis Suarez

14:10 - 24 May 2022 tarixində dərc olunub.

"Benzemanın "Çelsi"yə vurduğu ikinci qola heyran qaldım"

Ucnoqta.az xəbər verir ki, bunu "Atletiko Madrid" klubunun uruqvaylı futbolçusu Luis Suarez mətbuatın suallarına cavab verərkən deyib.

- Çempionlar Liqasının finalında kimi dəstəkləyirsən?
- Mən "Barselona", "Liverpul", "Atletiko"da oynamışam və oynadığım komandaların azarkeşiyəm... Amma Benzemanın "Çelsi"yə vurduğu ikinci qola heyran qaldım. Futbol azarkeşi kimi onu alqışladım.

- Benzema "Qızıl top"u almalıdır?
- Bu mövsüm üçün - bəli. Amma mənim üçün həmişə Leo Messi dünyanın ən yaxşısıdır. Ancaq bu onun ili deyil"

Kərim Benzema “Qızıl top”a namizədlərin reytinqində birinci sıradadır.

1. Kərim Benzema – “Real”

2. Robert Levandovski – “Bavariya”

3. Məhəmməd Salah – “Liverpul”

4. Kilian Mbappe –“PSJ”

5. Luka Modriç –“ Real”

Qeyd edim ki, ilk iyirimilikdə nə Lionel Messi, nə də Kriştianu Ronaldu var.

Müəllif: