Ucnoqta.az
www.ucnoqta.az

"Prius” aeroport yolunda DYP avtomobilinə çırpıldı,<font color=red><b> xəsarət alanlar var</b></font>

18:37 - 23 May 2022 tarixində dərc olunub.

Bakıda Heydər Əliyev prospekti-aeroport şosesində yol qəzası baş verib.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli APA-ya bildirib ki, aeroport yolunda “Toyota-Prius” markalı avtomobil xidmətdə olan DYP əməkdaşlarının avtomobilinə çırpılıb.

Nəticədə DYP-nin 2 əməkdaşı və “Toyota-Prius” markalı avtomobilin sürücüsü yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: